• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 06.04.2019 12:32

Sahələrə veriləcək gübrə məhsuldarlığı artıra bilər

KepezTV Player

Samuxda dənli bitgilərin səpin aparılan sahələrin 4 min 445 hektarı arpa, yerdə qalanı isə buğdadır. Sahələrdə birinci vegetasiya suvarılması tam başa çatdırılıb. Bu günə kimi  6 min hektar sahəyə azot gübrəsi verilib və proses davam etdirilir. Samux Dövlət Aqrar İnkşaf Mərkəzindən verilən məlumata görə, hazırda sahələrdə alaq otlarına qarşı mübarizə tədbirləri və 2-ci suvarmaya hazırlıq işləri aparılır.

Ayaz Quliyev fermer:Keçən il 25 hektar taxıl əkmişdim. Hər hektardan 25 sentnerlə məhsul götürdüm. Bu ils ahələri artıraraq 35 hektara çatdırdıq əkin sahəsini. Gələcəkdə yüksək məhsul əldə etməyi gözləyirik.  Suvarılmadan sonra sahənin gübrələnməsinə başlayacağıq.

Rayonda fermer təsərrüfatlarını qarşılaşdıqları problemlərin vaxtında həll edilməsi üçün Samux Dövlət Aqrar İnkşaf Mərkəzi yanında koordinasiya şurası da yaradılıb. Məqsəd dənli bitgilər əkilən sahələrin gübrə, suvarma suyu və müxtəlif təyinatlı texnikalarla təmin etməkdir.

Rahil Həsənov Samux Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru:Bizim əsas vəzifəmiz taxılın çiçəkləməsindən sonra dən suyunun verilməsi, bu günə kimi sahələrdə hansı tədbirlər görülməsindn asılı olmayaraq  bu gündən sonra vegetasiya suvarılmasını vaxtında aparılması, sahələrdən alaq otlarını ehtiyac qədər təmizləsək hesab edirəm ki, məhsuldarlığı 10-15% artırmızş olacağıq.

Ötən il rayon ərazisində buğdanın məhsuldarlığı hər hektar üçün 35 sentner olub. Dənli bitgilərlə yanaşı Samux rayonunda ümumlikdə 735 hektarda yem üçün xəsil də səpilib.