• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 03.04.2019 18:47

"Kəpəz" oyuna hazırdır

KepezTV Player

Sabah və birisi gün futbol üzrə I Divizonda XXI turun oyunları keçiriləcək. Qarşıdakı turda “Kəpəz” doğma meydanda “Zirə-2” komandasını qəbul edəcək.

“Sarı-göylər” oyun öncəsi son məşqinə matçın reallaşacağı Gəncə şəhər stadionunda çıxıb. Hazırlıq prosesi yüngül xarakter daşıyıb, futbolçular məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirərək əsasən toplu çalışmalar üzərində işləyiblər. Komandanın düşərgəsində yüsək əhval-ruhiyyə hökm sürür. Sonuncu turda səfərdə “Turan Tovuz” üzərində qazanılan 1:2 hesablı əzmkar qələbə “Kəpəz” üçün yaxşı motivasiya olub.

“Kəpəz” kimi rəqib komanda da çempionatın autsayderləri sırasında qərarlaşıb. Tərəfləri turnir cədvəlində bir-birindən 6 xallıq fərq və iki pillə ayırır.

Gəncəlilərin heyətində cəza və zədə səbəbindən itkilərin olmaması məşqçilər korpusunu sevindirən məqamlardandır. Əməliyyatdan sonra bərpa prosesi keçən Nicat Verdiyevin də durumu yaxşıdır. “Kəpəz” – “Zirə-2” oyunu aprelin 4-ü saat 15:00-da başlayacaq.