• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 02.04.2019 11:02

Qəbirləri dağıdan şəxs xəstə çıxdı

KepezTV Player

Qarın oduna düşən azadlığından məhrum olacaq. Söhbət dünən təqdim etdiyimiz və bütöv bir kəndin hissiyatına toxunan bir hadisədən gedir. Yas mərasimində normal yemək yeyə bilmədiyindən hiddətlənən Şəmkir sakini buna kənd qəbristanlığında məzar daşlarını və güldanları sındırmaqla cavab verib. Ağlına güc gələn hissinin təsiri altında olanı polis saxlayıb, amma?

Çoşqun Nəcəfli saxlanılan şəxs: yas yerinə gec çatdım. Yemək dedim yemək gətirmədilər. Mənə də pis təsir etdi. Hamıya verdilər mənə yox. Məndə qəbiristanlığa gedib heyfimi daşlardan çıxdım. Özüdə onların qohumlarından çıxdım. Başqa heçnə etmədim. Bircə güldanları qırdım birdə gülləri dağıtdım. Bircə səhvim o olub. Səhvimə görə də çox peşmanam. Gərək etməzdim. Onların pisliyi özünə qalardı.

Saxlanılan şəxsin etirafı hadisənin bilərəkdən törədildiyini təsdiq edir. Qəbristanlıqda 50-dən çox məzara ziyan vurmaqla kənd sakinlərinin hissiyatına toxunmaq və sonra da peşman olduğunu səsləndirməklə özünə bəraət qazandırmaq qəribə səslənsə də polisi inandırıcı qədər yetərli olmayıb. Keçili kənd sakinlərinin Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciətindən sonra keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən şəxs saxlanılıb.

Mehrab Məmmədov baş müstəntiq: Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxsin 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş 2010 cu il tarixdən Şəmkir rayon Poliklinikasında epilepsiya yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan Şəmkir rayon Keçili kənd sakini Nəcəfli Çoşqun Sabir oğlunun olması müəyən edilib. Həmin şəxs1 aprel 2019-cu il tarixdə isti izlərlə tutularaq istintaqa təqdim  olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Coşqun Nəcəfli barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

Natiq Hüseyn