Şəmkirin Keçili kənd qəbristanlığında vandallıq. Sözün əsl mənasında. Hadisənin bu gecə törədildiyi ehtimal edilir. Qəbirləri dağıdan, güldanları oğurlayan şəxsin və ya şəxslərin kimliyi barədə şübhələr olsa da polis tərəfindən aparılan araşdırmanın nəticəsi suların durulmasına səbəb olacaq.
Səhər saatlarında Keçili kəndinə səs salan hadisə hamını şoka salıb. Qəbristanlığa üz tutan sakinlər yaxınlarının məzarlarının dağıldığına şahidlik ediblər.
Zaur Dəmirli – sakin: Səhər-səhər bizə məlumat gəldi ki qəbristanlıqda hadisələr baş verib. Gəldik baxdıq ki qəbristanlqı acınacaqlı vəziyyətə düşüb. Bunu kim elədiyini bilməsəkdə biz xaiş eidirk bu məsələ aydınlaşsın.
Saleh Qurbanov – sakin: Xəbər gəldi ki qardaşınızın qəbrinin daşları güldanları qırılıb. İndidə hamı xəbər tutub. Baxırıq ki bərbad vəziyyətdədir. Daşların hamısını qırıb töküblər.
Sakinlər kənddəki mənzərə ilə ilk dəfədir ki rastlaşırlar və insanlığa sığmayan əməlin cəzasız qalmayacağına əmindirlər.
Diləzbər Məmmədov – sakin: Hər kəsin ölüsü var. Qəbristanlığa dəymək elə mənəviyyətə şəxisyyətə dəymək deməkdir. Bunu tapıb cəzalandırsınlar. Çox-çox xaiş edirəm.
Sofiya Qocayeva – sakin: Mən gəlib gördüm əmimin balalarının əmimin bibilərimin anamın ondan gəlimin nənəsinin hamısının qəbri dağılıb. Nə üstündə varidisə hamısını qırıb töküblər. Sizdən xaiş edirəm sizə qurban olum elə olsun ki bu yerdə qalmasın.
Kənd bələdiyyəsinin sədri İnqilab Ələkbərov də cinayətkarın tezliklə tutularaq məsuliyyətə cəlb olunacağına ümidlidir. Artıq şübhəli şəxsin olduğunu da gizlətməyib.
İnqilab Ələkbərov - Keçili kənd bələdiyyəsinin sədri: Saat 11-də mənə zəng etdilər ki qəbristanlıqda qəbir daşlarının güldanları qırılıbdır. Elə qayıdıb gəldik hüquq mühafizə orqanlarına məlumat verdik. Hamısı tökülülb gəldi araşdırıldı iz ucuda var. Anormal vətəndaşdır. Aparıblar tədbir görüləcək. Hamısını siyahıya aldıq. 61 məzarın güldanını təpikı vurub qırıblar.
Artıq Şəmkir rayon polis şöbəsinin əməliyyat istintaq qrupu hadisə yerinə baxış keçirərək zəruri istintaq hərəkətlərini yerinə yetiriblər. Cinayətin üstünün qısa zaman kəsiyində açılacağı güman edilir.
Natiq Hüseyn
- Baxış: 889