• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 27.03.2019 12:06

Qəza olub, yaralı var

KepezTV Player

Bakının Heydər Əliyev prospektində qəza baş verib. Rəvayət Muxtarov idarə etdiyi “Renault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb. Maşın bu zaman öz yolu ilə hərəkətdə olan, Rəfael Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə, daha sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Muxtarova ilkin tibbi yardım göstərildikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb. Fakt üzrə araşdırmalara başlanılıb.