• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1195
— 26.03.2019 20:39

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əfətli kəndi ərazisində "VAZ-21099" markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Gəncə-Göygöl yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində "VAZ-2107" və "Ford Tranzit" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 48 yaşlı Sevda İsmayılova, 40 yaşlı Aynurə İsmayılova və 24 yaşlı Dəyanət Bayramov xəsarət alıb.

Gəncədə baş verən daha bir qəzada ata ilə oğlu xəsarət alıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçmək istəyən Gəncə sakini 34 yaşlı Ceyhun İsgəndərov və onun 5 yaşlı oğlu Tunarı maşın vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qazaxda da yol qəzasında piyada qadın xəsarət alıb. Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Ağstafa rayon sakini, 67 yaşlı Fatma Məmmədova yolu keçmək istəyərkən avtomobillə vurulub. Yaralı müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəzaların səbəbləri araşdırılır.