• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 19.03.2019 12:07

Avtobus zəncirvari qəzaya səbəb oldu: yaralılar var

KepezTV Player

Bakıda Qara Qayarev prospektində, “8-ci kilometr bazarı”nın yanında 40 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus zəncirvari qəza törədib. Yüksək sürətlə hərəkətdə olan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan maşınlara çırpılıb, daha sonra digər maşının üstündən keçib. Nəticədə 4 maşına cidi ziyan dəyib. Hadisə yerinə təcii yardım və xilasetmə maşınları cəlb edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.