• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 13.03.2019 19:12

Ehtiyatsızlıq qəzaya səbəb oldu

KepezTV Player

Gəncənin Atatürk prospektində qəza baş verib. Şəhər sakini Əli Məmmədzadə idarə etdiyi "VAZ 2107" markalı avtomobili işıqforda dayanan Gəncə şəhər Sakini 41 yaşlı Samir Zeynalovun "Hyundai Tucson" markalı avtomobilinə çırpıb. Qəza zamanı xəsarət alan olmayıb. "Hyundai Tucson"a ciddi ziyan dəyməsə də, "VAZ"ın qabaq hissəsi tamami ilə yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu