KepezTV Player
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. 24 yaşlı Kənan Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhərin Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətdə olarkən yolu keçən 54 yaşlı Səttar Qəribovu və onun 29 yaşlı oğlu Anar Qəribovu vurub. Hadisə zamanı ata dünyasını dəyişib. Anar Qəribov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini kafi kimi qiymətləndirirlər. Sürücü Kənan Abdullazadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
- Baxış: 1289