• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2194
— 13.03.2019 10:02

Lamborghini Miura 1500 hissəyə parçaladılar

İsveçrəli foroqraf Fabian Ofner özünün dağılmış şəkillər silsiləsinə birini də əlavə edib. Adətən o, layihəsini maket üzərində işləyirdi, amma bu dəfə Disintegrating X adlı foto üçün əsl maşından yararlanıb. Ofnerin sözlərinə görə, onun 1972-ci ilin Lamborghini Miura SV sportkara sahib dostu təklif edib ki, yeni layihəsində məhz bu avtomobildən istifadə etsin. Çünki istənilən halda dostu bu maşını San-Aqata-Bolonezedə yerləşən fabrikə restavrasiya üçün göndərəcəkdi. Belə bir görüntünün ortaya çıxması üçün Ofnerə 2 il lazım olub. Bu müddətdə foroqraf öz komandası ilə dəfələrlə Lamborghini zavoduna gedərək restavrasiya zamanı sportkarın hər bir detalını qeydə alıb. Ümumilikdə, 1500 detalın şəkli çəkilib.