Bu günə xəbərlərin oxunma sayı: 714
— 11.03.2019 19:43

Stavropolda qəzada yaralanan daha bir azərbaycanlı öldü

KepezTV Player

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan 3 azərbaycanlıdan biri dünyasını dəyişib. 31 yaşlı Xəyal Şirinov müalicə olunduğu xəstəxanada ölüb. Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində sənədləşdirmə işləri aparılır. Cənazə sabah Azərbaycana göndəriləcək. Hadisə nəticəsində xəsarət alan digər iki nəfərin isə müalicələri davam etdirilir və səhhətləri normaldır. Xatırladaq ki, qəza nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri Namiq Əhmədov, Ələmdar Abdullayev, Rəsul Həsənov, Şəmsi İsmayılov, Vüsal Quliyev də dünyasını dəyişib.