• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 11.03.2019 12:04

Ağır qəzada yaralıların sayı 10-a çatıb

KepezTV Player

Şəkidə ötən gün baş verən qəzada xəsarət alanların sayı 10 nəfərə çatıb. Hadisə Qaraməryəm-İsmayıllı- Şəki magistralının rayonun Köbər Zəyzid kəndindən keçən hissəsində baş verib. Cəlilabad sakini Fərid Səmədovun sürdüyü "Toyota Prado" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində qarşıdan gələn, Qax sakini Aqşin Əliyevin sükanı arxasında olduğu "Mercedes Vita" markalı maşınla toqquşub. Nəticədə sürücülər və avtomobillərdə olan daha 8 nəfər - Bakı sakinləri, 53 yaşlı İsa Hacıyev, 26 yaşlı Ülfət Məmmədli, Qax rayon sakinləri - 25 yaşlı Nailə Seyidova, 32 yaşlı Neman Nurməmmədov, 24 yaşlı Elməddin İsrafilov, Tural Babayev, Vüqar Həsrətov, Abdul Seyidəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-yə çatdırılıblar. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

şəhərində təcili tibbi yardım maşını qəzaya düşüb. Heydər Əliyev prospekti ilə çağrışa gedən "Qazel" markalı təcili yardım avtomobili "VAZ-2107" ilə toqquşub. Nəticədə iki nəfər - 22 yaşlı Cabir Musayev və VAZ-ın sərnişini, 23 yaşlı Elgün Musayev xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan başqa "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıblar. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Gəncənin Gülüstan qəsəbəsində də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini 29 yaşlı Elcan Həsənovun idarə etdiyi "Mercedes" və paytaxt sakini Elşən Hüseynovun sükanı arxasında oturduğu "Toyoto Prado" markalı avtomobillər toqquşub. Qəza zamanı Həsənov müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya aparılan yaralının vəziyyəti orta-ağırdır. Qəzaların səbəblərinin araşdırılmasına başlanılıb.