• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 07.03.2019 16:25

Qadınlar təbrik edilib

KepezTV Player

8 Mart - Beynəlxalq Qadınlar bayramı Goranboy rayonunda qeyd edilib. Çıxışlarda rayon xanımları təbrik edilib, onlara işlərində uğurlar arzulanıb. Tədbirdə prezidentin sərəncamı ilə Goranboyda müxtəlif vaxtlarda bir qrup qadının fəxri adlara layiq görüldüyü, orden və medallarla təltif edildiyi diqqətə çatdırılıb. Qadınların rayonun ictimai-siyasi həyatında fəal iştirakından danışılıb, əldə edilən uğurlar və onların fəaliyyəti üçün yaradılan şərait yüksək qiymətləndirilib.