• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 07.03.2019 16:10

Küveyt Gəncə ilə əməkdaşlıqda maraqlıdır

KepezTV Player

Gəncə ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumini ilə müzakirə edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilən diplomata Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib. Nizami yurdunda olmaqdan böyük məmnunluq hissi keçirən səfir səfərinin məqsədinin paytaxtla yanaşı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə ilə də əlaqələrin qurulmasıdır.

Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Küveyt Dövlətinin Azərbaycandakı səfiri:“Bu Gəncəyə ilk səfərimdir. Şəhərin abadlığı, burada olan nizam-intizam, səligə-səhman bizi çox heyrətləndirdi. Ötən gün Heydər Əliyev parkında oldum. Böyük ərazidə yaradılan istirahət mərkəzini gəzdim. Xoş təəsurat bağışladı oradakı təmizlik və yaradılan imkanlar.