• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2339
— 05.03.2019 15:34

Gürcüstandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb. Nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0.8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb. Faktın araşdırılmasına başlanılıb.