• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 01.03.2019 18:46

Gəncədə sürücü avtomobili qaz borusuna çırpdı

KepezTV Player

Gəncə şəhərində qəza olub. Hadisə Mikayıl Müşfiq küçəsində baş verib. Şəhər sakini 54 yaşlı Şahin Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qəfildən qarşısına it çıxıb. Sürücü avtomobili yolun sağ hissəsinə çəkib. Bu zaman maşın yol kənarındakı qaz borusuna çırpılıb. Xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu