• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 01.03.2019 13:40

Məktəbdə həyəcanlı anlar yaşandı

KepezTV Player

Samuxda orta məktəbdə tüstülənmə baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə rayonun Tatlı kənd ümumi orta məktəbinin binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri çağırış ünvanına cəlb edilib. Məlumata əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb.

Mehriban Allahyaraova müəllimə: Dərsdəydim gördüm sobadan nə isə səs çıxır. Uşaqlar dedi müəllimə oradan nə isə köz kimi qızarır. Uşaqlar yanından baxanda gördüm ki nə isə alov çıxmaq istəyir. Məndə çıxıb direktora məlumat verdim. Çölə çıxanda gördük ki havalandırıcıdan çoxlu tüstü çıxır. Uşaqların hamısını çölə çıxardıq.

Tacirə Məmmədova Tatlı kənd ümumi orta məktəbinin direktoru: Heç bir müəllim və şagird xəsarət almayıb. Mən bunu əminliklə deyə bilərəm.