Gəncədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə bu günə kimi böyük və keşməkeşli yol keçən Azərbaycanın təhlükəsizlik orqanlarının inkişaf prosesindən, eləcə də bu sistemin milliləşdirilməsi sahəsində öz intelektual səviyyəsi, işgüzarlığı və təşkilat bacarığı ilə yorulmadan çalışan ulu öndər Heydər Əliyevin danılmaz, misilsiz xidmətlərindən danışılıb. Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyət dövrünün 3 mərhələyə-Xalq Cümhuriyyəti dövrü, Azərbaycan SSR dövrü və Azərbaycanın müstəqillik dövrünə bölündüyü vurğulanıb. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin bir qrup əməkdaşına fəxri fərman təqdim edib. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin “Alyans” Veteranlar Birliyi tərəfindən şəhər rəhbərinə fəxri fərman, döş nişanı və xatirə hədiyyələri tədim olunub. Sonda Dövlət Təhlükəsizliyi Xidməti haqqında film nümayiş olunub.
Elnur Vahidoğlu
- Baxış: 1100