• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 28.02.2019 13:13

Minik avtomobili krana çırpılıb

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib. Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində yüksək sürətlə hərəkətdə olan BMV markalı avtomobilin sürücüsü yağışlı havada idarəetməni itirib. Nəticədə maşın yol kənarında dayanan "Zil" markalı nəqliyyat vasitəsinə çırpılıb.Qəza zamanı sürücü yüngül xəsarət alıb. Zərbədən avtomobil deformasiyaya uğrayıb. Yararsız hala düşən maşın cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırma aparılır.