• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 27.02.2019 14:26

Gender bərabərliyi mövzusu jurnalistlərlə müzakirə edilib

KepezTV Player

“Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Avropa Şurası ilə Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi sesiyya keçirilib. “Gender bərabərliyi və media” adlı sesiyyada Gəncədə yaşayan və fəaliyyət göstərən jurnalistlər və Vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. Ötən ildən başlanılan layihə çərçivəsində Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına edilən diyişiliklər media nümayəndələrinin diqqətinə çatdırlıb. Həmçinin gender bərabərliyinin təmin olunmasında medianın rolunun əvəssiz olduğu haqqında da danışılıb. Sabah isə Gəncənin ətraf bölgələrində yaşayan jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri üçün informasiya sesiyası baş tutacaq.

Pərvanə Bayramova - Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı" layihəsinin rəhbəri: Bu müddüanın onların peşə davranış qaydalarında əlavə olunması çox əhəmiyyətli bir addımdır. Qeyd etmək lazımdır ki, Avropa Şurası ölkələri arasında ilk dəfədir ki, jurnalistlərin peşə davranışı qaydalarında gender bərabərliyi prinsipi bu qədər geniş arspektdə ifadə olunub. ))

Müşfiq Ələsgərli - Azərbaycan Mətbuat Şurasının sədrinin müavini: Məqsəd odur ki, bu sahənin daha da yaxşı işıqlandırılmasına modern əsaslarla işıqlandırılmasına jurnalistlərin bilik və bacarıqları artırılsın.Bu məqsədlə həm paytaxt Bakı şəhərində həm də digər bölgələrimzdə məlumatlandırma sessiyaları keçirilir.