• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 27.02.2019 14:29

Gəncə tamaşaçısı türk filminə baxıb

KepezTV Player

Gəncədə növbəti dəfə türk kino həftəsi keçirilir. Qardaş ölkənin Gəncədəki baş konsulluğunun təşkilatçılığı ilə baş tutan gecədə konsul Zeki Öztürk hər iki ölkənin mədəni əlqələrinin inkişafında yerli filmlərin əhəmiyyətinə toxunub. Türk kino həftəsi çərçivəsidə nümayiş etdirilən filmlər türk xalqının nümayəndələrinin milli mənəvi dəyərləri, həyat və yaşam tərzini özündə əks etdirir. Tamaşaçıların da böyük marağına səbəb olan Kardeşim benim filmində də uşaqlıqdan küsülü olan 2 qardaşın atalarının ölümündən sonrakı münasibətlərindən bəhs olunur. Dram və komediya janrında olan film böyük maraqla qarşılanıb.

Zeki Öztürk - Türkiyənin Gəncədəki Baş konsulu: “Bundan sonarada bu tip filmlərin nümayiş etdirilməsi davam edəcəkdir. Buaradakı fəaliyyətimiz Azərbaycanla Türkiyə arasındakı körüləri daha da möhkəmləndirmək və iki qardaş ölkənin mədəniyyətini daha da yaxınlaşdırmaqdır”.

Cihan Özdemir - Yunus Emre İnstitutunun Bakı filialının direktoru : “Artıq türk filmlərini Gəncəli qardaşlarımız mütamadi olaraq izləmək imkanı əldə edə biləcəklər. Başqa şəhərlərdə də bənzər tədbirlərin keçirilməsini planlaşdırırıq. Bu gün Kardeşim benim filmini seyr etdik bərabər gördüyüm qədər tamaşaçılarda bəyəndi”.