• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 27.02.2019 10:03

Cadillac XT5 idman versiya qazandı

Cadillac şirkəti Çikaqo avtosalonunda XT5 krossoverinin idman versiyasını təqdim edib. Sport adlı versiya məhdud sayda istehsal olunacaq və eksteryerdə tünd dekor elementləri və təchizatı ilə fərqlənəcək. Offroud parlaq qara örtüyü olan radiator barmaqlığı, Technical Gray rəngində 20 düymlük təkərlər və idman pedallarla komplektləşir. Krossoverin salonu iki rəngdə - Cirrus/Jet Black alüminium dekorativ panellər və qara Jet Black. Sport versiya Luxury və Premium Luxury versiyalarına uyğun təchizatlara sahibdir. Buraya 8 dinamikli Bose audiosistem, qızdırılan, eləcə də ventilyasiyalı dəri oturacaqlar və s. daxildir. Cadillac XT5 Sportun kapotu altında 3,6 litrlik 314 at güclü motor qərarlaşıb. Transmissiya isə 8 diapazonlu avtomatik sürət qutusundan ibarətdir.