• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2488
— 26.02.2019 21:06

Gəncə polisi xəstəxanada narkotik əməliyyatı keçirib

KepezTV Player

Gəncədə xəstəxanaya gələn şəxsin üzərindən narkotik aşkarlanıb. O, narkotik vasitəni yol kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını deyib.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz qanunsuz dövriyyəsi ilə bağlı  növbəti uğurlu əməliyyatını keçirib. Polis əməkdaşları bu dəfə şübhəli şəhər sakini 31 yaşlı  Gündüz Xalıqveridyevi Təcili Tibbi Yardım Xəstəxanasının ərazisində saxlayıblar. Üzərinə baxış keçirilən zaman ondan heroin və digər narkotik vasitələr aşkarlanaraq götürülüb.

Fərid Məmmədov - baş müstəntiq: Üzərindən 2,073 qram çəkidə heroin 0,034 qram heroin məhlulu və 3,461 qram çəkidə marixuana aşkar edilərək götürülüb. Həmin qeyd olunan narkotik vasitələrin Gündüz Xalıqverdiyevı haradan və kimdən əldə etməsinin müəyən olunması istiqamətində tərəfimdən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılan Gündüz Xalıqverdiyev bir ilə yaxındır narkotik vasitə istifadəçisi olduğunu, aşkarlanan heroini isə yol kənarından tapıdığını deyib.

Gündüz Xalıqverdiyev - saxlanılan şəxs: 3 saylı xəstəxanaya gedəndə polis əməkdaşı şübhələndiyi üçün məni saxladı. Şöbəyə dəvət etdilər. Şöbədə üzərimə baxış keçirilən zaman nə var idi çıxarıb qoydum. Təbii ki, nə vardırsa hamısı mənə aiddir. Əməlimə görə çox peşmanam. Insanlığa yaraşmaz.

Xalıqverdiyev barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn