• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 23.02.2019 12:44

Tovuzda yol polisi növbəti marifləndirici görüşünü keçirib

KepezTV Player

Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 9-cı tağımının əməkdaşları Tovuzda  məktəblilərlə növbəti görüş keçirib. Uşaqları yol qəzalarından qorumaq üçün marifləndirmənin vacibliyi önə çəkilib.  Xüsusən, yol kənarlarına yaxın ərazilərdə yaşayan uşaqlar yollardan, piyada keçidlərindən düzgün istifadə etməsi yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmağın yol verilməz olduğu vurğulanıb. Aşağı sinif şagirdlərini magistral yoldan keçərkən nəzarətsiz buraxmamaq tövsiyyə olunub.  100-ə yaxın şagird və müəllimin iştirak etdiyi tədbirdə yollarda yarana biləcək təhlükələrdən qorunmaq üçün təhlükəsizlik qaydaları izah olunub, marifləndirici bukletlər paylanılıb.

Şahin Süleymanov BDYPİ-nin YPXA-nın 9-cu tağımının baş inspektoru: Baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqəsdilə marifləndirici görüşlər keçirilir. Buna qədər biz Şəmkir rayonunda bu kimi görüşlər keçirmişik. Bundan sonra tağımın xidməti ərazisinə aid olan digər rayonlardada marigləndirici tədbirləri davam etdirəcəyik.