• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 22.02.2019 14:13

Gəncədə yeni zal açılıb

KepezTV Player

Gəncə Olimpiya İdman Klubunun yeni təmirdən çıxan və müasir standartlara cavab verən daha bir zalı istifadəyə verilib. Zal məşq etmək üçün bütün zəruri texniki avandanlıqlarla təhciz olunub. Yeni məkanda idmanın olimpiya və qeyri olimpiya növləri ilə fəal şəkildə məşğul olmaq üçün tam şərait var. Zalda gimnastika, güləş, boks, qrossfit, MMA, kikboksinq üzrə bölmələr fəaliyyət göstərəcək. Buranın xidmətlərindən eyni anda 50-60 idmançı yararlana biləcək. Zalın açılış mərasimində Gəncə idmançılarının daha böyük uğurlar qazanmasında Olimpiya İdman Klubunun yenə öz töhvəsini verəcəyi bildirilib. Peşəkar məşqçilərin rəhbərliyi altında bu zalda yeni-yeni idmançı nəslinin yetişəcəyinə böyük inam ifadə olunub. Klubda məşq edəcək idman həvəskarlarına uğurlar arzulanıb. 

Azad Rəfi