• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 21.02.2019 16:00

Göygöl MRX-də müalicə alan hemodializ xəstələrinin sayı artıb

KepezTV Player

Göygöl Rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən 60 nəfər xəstə müalicə alır. Xəstələrin sayı ötən illə müqayisədə 3 nəfər artıb. 10 çarpayılıq şöbədə müalicə alanlardan 32-i Göygöl sakini, 28-i isə ətraf bölgələrdən gələnlərdir.Onlara burada 2 həkim və 10 orta tibb işçisi xidmət göstərir.Xəstələr dövlət tərəfindən dərman və tibbi ləvazimatlarla təmin edilirlər.

Eyvaz Rüstəmov şöbə müdiri:Hemodializ xəstəsi əsasən xraniki böyrək çatışmazlığı xəstəsidir. Bu da müxtəlif səbəblərdən ola bilər. Əsasən irsən, ekoloji cəhətdən, müəyyən zəhərlənmələrdən ola bilər. Həftədə 3 dəfə  3-4 saat qəbul eliyirik. Ay ərzində xəstələrə 700-800 arası dializ aparırıq.

Aydın Xəlilov xəstə:Şəmkir rayonun Ələsgərli kəndindən gəlirəm. Qabaq 3 ay Bakıda dialez qəbul elədim. Bura yaxın olduğu üçün bura dəyişdirildim. 2 ildir bura gəlirəm.

İlqar Qasımov xəstə: Kəlbəcər rayon sakiniyəm. Göygöl rayonunda məskunlaşmışam. 1 ay Şəkidə, 3 il Gəncədə olmuşam, açılandan sonra gəlmişəm 2 ildi burda müalicə alıram. Yaxşıdı, hər vaxt qulluğumuzdadılar”.