• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 19.02.2019 13:40

Mənzildə yaşlı qadının yanmış meyiti tapılıb

KepezTV Player

Gəncə şəhərində mənzildə yaşlı qadının meyiti tapılıb. Hadisə şəhərin Fərhad Əliyev küçəsi, 2-ci döngə, bina 14, mənzil 1 ünvanında qeydə alınıb. Taisiya Kambulovanın yanmış meyiti evdə aşkarlanıb. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mərhum həmin ünvanda tənha yaşayırmış. Hadisə yaşlı qadının müvazinətini itirərək elektrik sobasının üzərinə yıxılması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.