• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 958
— 18.02.2019 17:15

Maşın beton lövhəyə çırpıldı, iki yaralı var

KepezTV Player

Kürdəmirdə 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən  yol qəzası da baş verib. Bakı-Qazax magistralının 172-ci km-də - rayonun Karrar kəndi ərazisində Bərdə sakini 60 yaşlı Rövşən Ağayev "Mercedes" markalı maşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarıdakı beton lövhəyə çırpılıb. Sürücü və sərnişini - Gəncə sakini  52 yaşlı Həqiqət Məmmədova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriliblər. Həqiqət Məmmədovanın vəziyyəti daha ağır olduğundan Reanimasiya şöbəsinəköçürülüb. Faktın araşdırılmasına başlanılıb.