• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 16.02.2019 14:46

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

KepezTV Player

Gəncədə şagirdlər arasında keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb. Təhsil nazirinin əmri ilə təşkil olunan müsabiqənin birinci - məktəbdaxili mərhələsi ötən ilin noyabında təşkil edilib. Bu mərhələyə 46 orta məktəbin 8-11-ci siniflərindən 156 şagird qatılıb. Məktəblilər oxuduqları 10 bədii əsərdən 1-ni seçib təhlil ediblər. İlk mərhələdə 17 nəfər qalib gələrək ümumşəhər müsahibəsinə qatılıb. Gəncə Şəhər Təhsil İdarəsinin təyin etdiyi münsiflər iştirakçılara şifahi suallar verib və cavabları 10 ballıq sistemlə qiymətləndiriblər. Qalib gələn 3 iştirakçı apreldə “Ədəbiyyat biliciləri” müsabiqəsinin paytaxtda keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Söhrab Hacıyev - Gəncə Şəhər Metodiki Mərkəzin direktoru: – “Ədəbiyyat biliciləri müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərinin şagirdləri arasında mütaliə mədəniyyətinin formalaşdırılması, şagirdləri kitab oxumağa daha da cəlb etməkdir. Şagirdlərimiz “Ədəbiyyat biliciləri” müsabiqəsində ötən il yüksək nəticə göstəriblər. Respublika mərhələsinə 3 nəfər vəsiqə qazanıb ki, onlardan 2 nəfəri qalib olmuşdu”.

 

Elnur Vahidoğlu