• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 16.02.2019 14:46

“İmamzadə”də ehsan süfrəsi açılıb

KepezTV Player

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyəsi ilə Gəncənin “İmamzadə” Dini-Memarlıq Kompleksində ehsan verilib. Kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Mərasim Heydər Əliyev Fondunun təşəbüsü ilə təşkil edilib. Ehsan süfrəsi ətrafında Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, aztəminatlı ailələrin üzvləri, Gəncə Uşaq Evinin sakinləri bir araya gəliblər. Mərasim Azərbaycanın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb, ruhlarına dualar oxunub. Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndəriləcək.

 

Elton Cabbarlı