• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 15.02.2019 14:46

Məleykə Abbaszadə Naftalanda qəbul keçirib

KepezTV Player

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə, ali təhsil müəssisələrinə və rezidentura pilləsinə ixtisas seçimi və digər müraciətlər Naftalanda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinə ünvanlanıb. Məleykə Abbaszadənin Gəncə, Naftalan, Mingəçevir, Yevlax, Ağdaş, Goranboy, Tovuz, İmişli və Masallı sakinləri və qaçqın və məcburi köçkünlərlə şuranın səlahiyyətlərinə aid olmayan müraciətlər də səsləndirilib. Görüşdən sonra jurnallistlərin suallarını cavablandıran Məleykə Abbaszadə bu ildən etibarən başqasının yerinə imtahanda iştirak etmək istəyən şəxslərin daha sərt şəkildə cəzalandırılcağını bildirib.

Məleykə Abbaszadə DİM-in DŞ-nın sədri: Onunla əlaqədər bizim öz təkliflərimizdə var. İnzibati xətalarla bağlı hansısa dəyişikliklər biz təklif edəcəyik ki əvvəlcədən bilsinlər ki bu cür hallar təkcə imtahan nəticələrinin ləğvi ilə bağlı yox cəzalarda olacaq.

 

Natiq Hüseyn