• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 13.02.2019 12:44

Ümumşəhər iməciliyində yollar və səkilər palçıqdan təmizlənib

KepezTV Player

Gəncədə ümumşəhər iməcliyi keçirilib. Yağan yağışdan sonra şəhərin çirklənmiş küçə və prospektlərində təmizlik işləri aparılıb. Yollar, səkilər, bardürlər, dayanacaqlar, məhəcərlər, işıq dirəkləri xüsusi texnikalar vasitəsilə yuyulub. Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları küçələrdə yığılıb qalan zibillər daşınıb. Bununla yanaşı şəhərin bəzi yollarında istifadəyə yarasız hala düşən asfalt örtüyü qaşınaraq yeni asfalt örtüyü salınıb, yol nişanları çəkilib.