• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 09.02.2019 13:44

GDU-nun tələbələri üçün yeni imkan

KepezTV Player

Yeni tədris ilindən Gəncə Dövlət Universtetinin tələbələri yataqxanada qalmaq imkanı qazanacaqlar. Dövlət vəsaiti hesabına şəhərin Dədə Qorduq küçəsində yerləşən tələbə şəhərciyindəki 3 bina əsaslı təmir ediləcək. Bu binaların hər biri 5 mərtəbəli və 100 otaqlıdır. Hər bina 262 tələbə qala biləcək ki, onlardan ikisi qızlar, biri oğlanlar üçün nəzərədə tutulub. Yeni layihəyə görə tələbə şəhərciyində bütün infrastruktur yenilənəcək, 2 mərtəbəli yeməkxana, qazanxana, yanğın təhlükəsizliyi sistemi qurulacaq. Yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq. Şəhərcikdə tələbələr üçün kitabxana, oxu və idman zalları, tibb məntəqəsi, gənclər üçün idman meydançası, istirahət məkanları da yaradılacaq.

Vidadi Bayramov GDU-nun tikinti üzrə mühəndisi:“Bu işlərə start verilib. Hazırda müayinə aktı yazılıb. Proyekt sənədlərin hazırlanması mərhələsi gedir. Bir aya kimi işlərə başlayacağıq.Yataqxananın ilkin əvvəlki layihədə necə olub o qaydada da təmir olunacaq. Yatqxana olsa tələbə üçün çox xeyirli olacaq”.