• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1980
— 08.02.2019 13:19

Qadın döyülərək planşeti oğurlanıb

KepezTV Player

Bakıda qadın döyülərək planşeti oğurlanıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın günorta saatlarında bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Nəbiyev soyadlı şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.Araşdırma aparılır.