• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 08.02.2019 10:01

Meksikalılar Bugatti kimi güclü olan ekstremal spidster hazırladı

Vuhl adlı Meksika şirkəti ikinci modeli – ekstremal 05RR spidsterinin satışlarına başlayıb. İctimai yollara icazəsi olan sportkar 2016-cı ildə Qudvudda keçirilən festivalda debüt etmişdi. Yenilik brendin ən sürətli və ən yüngül modelidir. 05RR versiyası adi Vuhl 05-dən 660 kiloqram yüngüldür. Spidsterin mühərriki 2,3 litrlik Ford EcoBoostdur və 390 at gücündədir. Motor 6 pilləli ardıcıl sürət qutusu ilə birləşir. Maşın 96 km/saat sürəti 2,7 saniyəyə yığır ki, bu da standart versiyadan 0,8 saniyə tezdir. Maksimal sürət indi 16 vahid artaraq saatda 257 kilometr olub. Sportkarın təchizat siyahısına arxa oxda özü kilidlənən differensial və yarış xarakterli asma daxildir. Əlavə ödəniş hesabına daha sərt amortizatorlar əldə etmək olar.