• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 07.02.2019 17:33

Müğənni yol qəzasında öldü

KepezTV Player

Qaxda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində Şəki sakini 40 yaşlı Polad Məmmədovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sərnişin, 38 yaşlı Mehriban Mustafayeva dünyasını dəyişib, sürücü və digər iki sərnişini isə yüngül xəsarət alıb. Mərhum Mehriban Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirmiş. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.