• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 07.02.2019 14:26

Partlayan binanın sakinləri üçün yenisi inşa ediləcək

KepezTV Player

Gəncədə partlayış baş verən binanın sakinləri ekranlara yaxın əyləşsin. İstifadəyə yarasız hesab edilən binaın yerində yenisi tikiləcək. Prezident sərəncamının icrasına yaxın zamanda başlanılacaq.

Ötən ilin 20 noyabrında şəhərin Şahlar Hüseynov küçəsi 13 a ünvanında baş verən partlayış nəticəsində bir bloku tamamilə uçan binanın sakinləri yeni mənzillərlə təmin ediləcək. Müvvəqəti kirayə evlərdə yerləşdirilən ailələr mənzil-məişət şəraitinin yaxşılaşdırmaq məqsədilə əlavə tədbirlər haqqında prezident sərəncamını sevinclə qarşılayıblar.

Mətləb Əliyev sakin:Çox sevindik. Bütün qonşular adından cənab prezidentə təşşəkür edirik. Allah razı olsun. Bizə yeni müasir bina tikəcəklər.

Xalid Mustafayev sakin:Bizim binanın yerində müasir bina tikəcəklər, çox sağ olsun cənab prezident. Biz təzə çox müasir binaya köçəcəyik. Minnətdarlığımı bildirirəm öz ailəmin, qonşuların adından.

Bu məqsədlə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.

Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini:Yaxın zamanlarda binanın tikinti işlərinə başlanılacaqdır. Ondan əvvəl köhnə binanın sökülməsi və ərazinin təmizlənməsi həyata keçiriləcək. Binada 36 ailə yaşayırdı. Həmin ailələrin hamısı təxliyyə olunaraq kirayələrə köçürülüblər və hər biri dövlət tərəfindən kirə pulları ilə təmin olunub. Bina tikilib başa çatana qədər də kirə pulları dövlət tərəfindən ödəniləcək.

İlin sonuna kimi sakinlərin yeni binaya köçürülməsi nəzərdə tutulur.