• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2136
— 06.02.2019 14:38

Gəncədə binaların dam örtüklərinin dəyişdirilməsi bu il tam yekunlaşacaq

KepezTV Player

Ölkə başçısının sərəncamına əsasən ayrılan vəsait hesabına bu il Gəncədə daha 50 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdiriləcək. Bu binalardan iksi 9, biri 8, digərləri isə 5 mərtəbəlidir. Artıq şəhərin Şeyx Bahəddin, Üzeyir Hacıbəyov küçələrində olan binaların dam örtüklərinin sökülməsinə başlanılıb. İl ərzində yekunlaşdırılacaq işlər nəticəsində Gəncədə bütün 5, 8 və 9 mərtəbəli yaşayış binalarının dam örütüyünün yenilənməsi tam başa çatacaq. Ötən il Gəncədə 69-u 3, 4 və 5 mərtəbəli, 79-u isə 9 və 12 mərtəbəli olmaqla 148 binanın dam örtüyü tamamilə dəyişdirilib.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: “Gəncə şəhərində 900-ə yaxın çox mərtəbəli bina var. Bunlardan 268 dam örtüyə ehtiyacı var və digərləri isə ötən illər təmir olunub. Bu 50 binanın da dam örtüyü başa çatdıqdan sonra Gəncə şəhərində artıq 200-ə yaxın 2 və 3 mərtəbəli yaşayış binalarının dam örütüyünün təmirə ehtiyacı qalır”.

Bəhrəm Xəlilov - sakin: “1967-ci ildən tikilən binadır. Fəsadı dəyişilməyib, bina pis vəziyyətdədir. Binada yaşayanlar binanın təmir edirdilər sonra su damırdı evi bərbad vəziyyətə salırdı. Sağ olsunlar”.