• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 06.02.2019 13:04

Arvadını öldürdü, qayınanasını ağır yaraladı

KepezTV Player

Ucar rayonunda qətl hadisəsi baş verib. Şamil Fərzəliyev küçəsində rayon sakini, ruhi xəstə olan 49 yaşlı Arzu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 47 yaşlı Şəhla Tağıyeva və qayınanası Zivər Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib. Ağır zərbələr nəticəsində Şəhla Tağıyeva dünyasını dəyişib, qaynanası isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib. Hadisəni törədən Arzu Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.