• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 05.02.2019 16:04

Nəzarətçi müəllimlər imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Gəncədə nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirib. Zal nəzarətçilərinin sertifikatlaşdırılmasında əsas məqsəd imtahanların daha şəffaf idarə edilməsi və neqativ halların minumuma endirilməsidir.  Sertifikat əldə etmək üçün müraciət edən 200 müəllimdən 140 nəfəri imtahanlarda iştirak edib və 120 nəfəri uğurlu nəticə göstərərək sertifikat əldə etmək üçün növbəti imtahanlarda iştirak hüququ qazanıb. Məntiq və psixaloji test imtahanlarından uğur qazanan nəzarətçilər növbəti turda  ASAN xidmət mərkəzində keçiriləcək təlimlərə qatılacaqlar.  Sertifikat əldə edən nəzarətçi müəllimlər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bütün imtahan proseslərinə cəlb olunacaqlar.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional Bölməsinin müdiri:DİM tərəfindən keçirilən imtahanların idarə olunması və şəffaflığın qorunmasının əsas amillərindən biri bilisiz ki, zal nəzarətçiləridi. Zal nəzarətçiləri imtahanları nə qədər şəffaf şəkildə, düzgün şəkildə idarə edə bilirsə, təbii ki bu imtahan prosesləri də o qədər düzgün idarə olunur. Buda öz növbəsində imtahanların gedişini qənaətbəxş edir. DİM olaraq bu peşəkarlığın artırılmasında sertifikatlaşmanın daha uyğun olduğunu görürük ki, nəzarətçi müəllim daha məsuliyyətlə çalışsın.