• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 05.02.2019 12:47

16 yaşlı qızı bıçaqlayan şəxs saxlanıldı

KepezTV Player

Ötən gün Gəncədə 16 yaşlı qızı bıçaqlayan şəıxs saxlanılıb. Belə ki, fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini Nəzrin İsmayılovanın qarnın daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan Cəfərov soyadlı şəxs şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Nəzrin İsmayılovaya  aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.