• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 26.01.2019 15:13

Daşkəsəndə yolxucu xəstəliklərin qarşısını almaq üçün tədbirlərə başlanılıb

KepezTV Player

Epizotiya əlehinə təsərrüfatlarda diaqnostik və proflaktik tədbirlər planına uyğun olaraq müayinələr aparılıb. Hal-hazırda rayon ərazisində iribuynuzlu heyvanlarda qarayara, bruselyoza qarşı qan alınma, eyni zamanda sahibli itlərdə quduzluğa qarşı vaksinasiya tədbirləri görülür. Bu günə kimi rayon baytarları 6 min baş iribuynuzlu və 2030 baş xırdabuynuzludan qan nümunələri götürərərk müayinə ediblər, eləcə də 978 baş atda manqo xəstəliyinə görə müşahidələr aparılıb, yoluxucu xəstəliklər aşkar edilməyib. Fərdi və ümumi təsərrüfatlarda qarayara xəstəliyinə qarşı iribuynuzlular vaksinasiya edilir, rayon ərazisində epizootik vəziyyət stabil qiymətləndirilir.

Naibə Paşayeva – Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəisi: “Rayonumuz dağlıq ərazidə yerləşir və qış fəsli sərt keçir. Biz mütamadi olaraq kəndlərdə sakinləlrlər görüşüərək soyuq və şaxtalı havalarda heyvanaların saxlanılması, eləcədə qıdalanadırılması ilə bağlı təlimatlar veririrk. Vaksinsiya tədbirlərimizdə davam etdirilir.

Xaliq Qurbanlı