• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 25.01.2019 14:30

Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir

KepezTV Player

Gəncədə su təchizatı və kanalizasiya xəttlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi üzrə işlər 20-dən artıq küçə və prospektdə davam etdirilir. Layihədə 158 km kanalizasiya və 195 km su xəttinin çəkilişi nəzərədə tutulub. Bu günə kimi işlərin 65% həyata keçirilib. Hazırda ümumi tutumu 5 min kub metr olan su anbarının inşası da davam etdirilir. Podratçı şirkətdən verilən məlumata görə, su-kanalizasiya xəttlərinin yenilənməsi yekunlaşan küçə və prospektlərin asfaltlanması da aparılır. “Azərsu”nun sifarişi ilə Gəncə şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi Azərbaycan höküməti və Almaniya İnkşaf Bankının maliyyə dəstəyi ilə aparılır.

Orxan Abdullayev – layihənin baş topoqrafı: “Bizim layihəmiz nəzərdə tutulub ki, son 2 ilə tamamlanmalıdır və  bu müddət ərzində mövcud kanalizasiya və su xəttlərinə maksimum zədə yetirmədən işləri aparırıq. Əgər qəza olarsa xəttlərdə dərhal bərpası aparılır briqadalarımız tərəfindən. Layihə tam başa çatdıqdan sonra mövcud kanalizasiya və su xəttlərini fəaliyyəti tam dayandırlacaqdır şəhər ərazisində yeni sistem işə salınacaqdır.    

 

Xaliq Qurbanlı