• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 25.01.2019 13:17

İrandan Azərbaycana gələn şəxsin daxili orqanından narkotik tapılıb

KepezTV Player

Piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 3 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd büküm aşkarlanıb. Baxış zamanı 3 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 165 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə-metamfetamin və bir ədəd bükümdə isə ümumi çəkisi 0, 35 qram təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə - heroin, həmçinin həmin bükümün içərisində qəhvəyi rəngli, yumru formalı 4 ədəd həb aşkar edilib.