• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 24.01.2019 17:14

Azərbaycan Dövlət Aqrar Universitetində “Gənc Aqranomlar Məktəbi” adlı layihəyə start verilib

KepezTV Player

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və aqrar universitetin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi, aqrar təhsil alan gənclərin, bu sahə üzrə yüksək ixtisaslaşdırılması, kənd təsərrüfatında mövcud problemlərin həllində gənc mütəxəsislərin rolu,  aqrar şəbəkənin yaradılması və dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan maksimum yararlanmaqdır. Bununla belə yerli təsərrüfatçılarla görüşüb, onlarda gənc aqranomlara qarşı inam yaratmaq da layihənin əsas hədəflərindəndir. 

Valeh Əsədov layihənin rəhbəri:İlk olaraq seçim mərhələsi olacaqdır. Seçim mərhələsindən sonra 40 nəfər aqranom 4 günlük təlimlərə cəlb olunacaqlar. Həmin təlim müddətində onlara bir sıra bilik və bacarıqlar aşılanacaq. Bundan başqa onlara bir sıra təlimlər keçiriləcək ki, həmin təlimlər nəticəsində də onların peşə yönümünə olan marağı artırılacaqdır.