• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 22.01.2019 23:40

Qanunsuz qumarxana aşkarlandı

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən mənzillərdən birində kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbirlərlə mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri Elçin Quliyev və Rüfət Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər saxlanılıb. Araşdırma zamanı Quliyevin Yüzbaşovla birlikdə kirayəyə götürdükləri həmin mənzildə qanunsuz poker qumar oyunları təşkil etdikləri sübuta yetirilib. Evə baxış zamanı kartlar, çoxlu sayda oyun fişləri, qumar oyunlarına qoyulan əsasən xarici valtyutadan ibarət külli miqdarda pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Elçin Quliyev  və Rüfət Yüzbaşov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.