• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 22.01.2019 13:08

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib. Vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2400 ədəd siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.