• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 17.01.2019 14:04

4 yaşlı oğlan mərmi tapdı

KepezTV Player

Şəkidə yeniyetmə top mərmisi aşkarlayıb. Hadisə şəhərin Olimpiya məhəlləsində baş verib. Şəki şəhər sakini 14 yaşlı Zülfüqar Zeynalov qoyun otaran atasının yanına gedərkən kolluq ərazidə qəribə dəmir parçası görüb. Nə olduğunu anlamayan məktəbli tapıntını atası Səbuhi Səmədova  göstərib. Dəmir parçasının partlamamış mərmi olduğunu anlayan Səbuhi Səmədov dərhal  Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzinə xəbər verib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssislərinin apardıqları təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.