• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 15.01.2019 20:39

Gəncədə yaşayış evində partlayış baş verib

KepezTV Player

Hadisə şəhərin 1 mikrorayon ərazisində bina 1, mənzil 57-də qeydə aınıb. Hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.  31 yaşlı Sahilə Ələsgərova yaşadığı evdə qaz sobasını yandırarkən anidən partlayış baş verib.

Rafiq Abbasov qonşu: Bu binada yaşayıram. Eşitdim qonşuda partlayış olub. Bizim evin aynaları da sirkələndi.  Düşdüm aşağı ki, baxım görüm nə olub. Baxdım gördüm ki, qadını çıxarıblar çölə taksiyə qoyub aparırlar. Qolu, əli, üzü yanmışdır. Ağır xəsarətlər alan qadın yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

Şahin Quliyev həkim: Qadın qaz partlaması nəticəsində sifəti, boyunu, hər iki əlləri və hər iki bazu nahiyəsinin 2-ci 3-cü dərəcəli termiki yanığı almışdır.  Xəstəyə yardım göstərildi, daha sonra vəziyyəti ağır olduğu üçün  Bakı şəhərinə, yanıq mərkəzinə göndərildi.

Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.