• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 15.01.2019 13:39

Mağazaya basqında azərbaycanlı öldürülüb

KepezTV Player

ABŞ-da azərbaycanlı güllələnərək öldürülüb. Yerli medianın xəbərinə görə,Şimali Karolada ştatının Şarlot şəhərində mobil telefon təmiri mağazasına silahlı basqın olub. Orada işləyən 29 yaşlı Elçin Xəlilov qətlə yetirilib. Hadisə mağaza açılandan bir saat keçməmiş baş verib. Polis cinayətin soyğunçuluq səbəbi ilə törədildiyini bildirib. Xəlilov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.